Milad Beigi Hərçəqani "Grand Slam” seriya turnirində bürünc medala layiq görüldü.

 

30.12.2017.

Çin Xalq Respublikasının Usi şəhərində təşkil olunan "Grand Slam” seriya turnirində ilk medalımız Milad Beigi Hərçəqanidən (-80 kq) gəldi. Bu gün keçirilən yarışda təmsilçimiz dörddəbir finalda norveçli Riçard Andre Ordemannı 29:22 hesabı ilə məğlub edib. Növbəti döyüşündə rusiyalı Maksim Xramtsova məğlub olan Milad üçüncü yer uğrunda qarşılaşmada rusiya təmsilçisi Anton Kotkova 17:7 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib olub.

Xatırladaq ki, turnirdə mübarizə aparacaq digər taekvondoçularımız Ayxan Tağızadə 2018-ci il yanvarın 6-da, Radik İsaev isə 13 yanvar tarixində döyüşlərə qatılacaq. "Grand Slam” seriya turniri Olimpiya çəki dərəcələri üzrə keçirilir və 2018-ci il yanvarın 30-dək davam edəcək.

 

YENİLİKLƏR

Milad Beigi Hərçəqani "Grand Slam” seriya turnirində bürünc medala layiq görüldü.

davamı.. >

"Grand Slam” seriyalarına 30 dekabr tarixində start veriləcək.

davamı.. >

Rəşad Əhmədov ilin ən yaxşı məşqçisi seçildi

davamı.. >

Dünya Oyunlarında taekvondo idman növü üzrə yarışlar başa çatdı.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..