"Grand Slam” seriyalarına 30 dekabr tarixində start veriləcək.

 

27.12.2017

Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasının Usi şəhərində təşkil olunan "Grand Slam” seriyalarına 30 dekabr tarixində start veriləcək. Olimpiya çəki dərəcələrində keçiriləcək turnir 2018-ci il yanvarın 30-dək davam edəcək.

Bir ay ərzində keçiriləcək yarışın ilk günü komandamızın üzvü, dünya və avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad Beigi Hərçəqani (-80 kq) mübarizə aparacaq. İdmançımız bu gün baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə Çinə yollanır.

Turnirdə mübarizə aparacaq digər taekvondoçumuz, IV İslam Həmrəyliyi Oyunların qalibi Ayxan Tağızadə (-68 kq) 2018-ci il yanvarın 6-da, eləcə də dünya və avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının qızıl medalının sahibi, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Radik İsaev isə 13 yanvar tarixində döyüşlərə qatılacaq. Hər çəki dərcəsində 12 idmançı mübarizə aparacaq yarışlar ay ərzində həftəsonları baş tutacaq.
Qeyd edək ki, yarışın "facebook" (WT Grand-Slam) və "instaqram" (wtgrandslam) sosial şəbəkələrində olan səhifələrinnə daxil olub idmançılarımızın şəkillərini bəyənməklə (bəyənim sayına görə) onlara xüsusi mükafat qazandıra bilərsiniz.

YENİLİKLƏR

Gənclərdən ibarət Olimpiya yığma komandamız və gənc milli yığma komandamız növbəti möhtəbər yarışda iştirak edəcək.

davamı.. >

Minayə Əkbərova gənclərin Olimpiyadasına lisenziya qazandı

davamı.. >

Azərbaycan Taekvondo Federasiyasında ölkəmizdə 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

davamı.. >

Göygöl Açıq Birinciliyi başa çatdı

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..