Rəşad Əhmədov ilin ən yaxşı məşqçisi seçildi

 

25.12.2017

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. 2017-ci Ilin yekunlarına əsasən bir sıra nominasiyalar üzrə ən yaxşılar müəyyənləşib. Qalibləri Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmilər mükafatlandırıb.

Ən yaxşılar arasında taekvondo idman növü üzrə milli yığma komandanın böyük məşqçisi Rəşad Əhmədov (İlin ən yaxşı məşqçiləri nominasiyası), komandamızın liderlərindən olan Milad Beigi Hərçəqani (İlin ən yaxşı idmançıları nominasiyası) və milli yığma komandamızın həkimi Rövşən Muradov (İlin idman həkimi) da yer alıb. 
Azərbaycan Taekvondo Federasiyası kollektivi olaraq Rəşad Əhmədovu, Milad Beigini Hərçəqani və Rövşən Muradovu təbrik edir, uğurlar arzulayırıq!

 

YENİLİKLƏR

Milad Beigi Hərçəqani "Grand Slam” seriya turnirində bürünc medala layiq görüldü.

davamı.. >

"Grand Slam” seriyalarına 30 dekabr tarixində start veriləcək.

davamı.. >

Rəşad Əhmədov ilin ən yaxşı məşqçisi seçildi

davamı.. >

Dünya Oyunlarında taekvondo idman növü üzrə yarışlar başa çatdı.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..