Dünya Oyunlarında taekvondo idman növü üzrə yarışlar başa çatdı.

 

04.12.2017

Dünya Oyunlarında taekvondo idman növü üzrə yarışlar başa çatdı. Portuqaliyada təşkil edilən IWAS versiyası üzrə fiziki qüsurluların 2017-ci il Dünya Oyunlarının son günü qadınlar arsında mübarizəyə qoşulan  Röyalə Fətəliyeva (-49 kq, K44) yarımfinalda məğlub olaraq yarışın bürünc medalına sahib olub. Digər qadın taekvondoçu Aynur Məmmədova (+58 kq, K44) isə ilk döyüşündə məğlub olaraq yarışı erkən başa vurub.

Beləliklə, fiziki qüsurluların Dünya Oyunlarında 12 idmançı ilə təmsil olunan para-taekvondo milli yığma komandamız aktivinə bir qızıl, bir gümüş və üç bürünc medal əlavə edib. Xatırladaq ki, ilk yarış günü Nicat Müslümov 75 kq çəki dərəcəsində (K42) qızıl medal, 43 kateqoriyalı idmançıların yarışında isə gümüş medal, eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev (-75 kq) və 75 yuxarı çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülmüşdür. Baş məşqçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun yetirmələri komanda hesabında İran vəTürkiyə komandasından sonra üçüncü yerdə qərarlaşıb.

 

YENİLİKLƏR

Milad Beigi Hərçəqani "Grand Slam” seriya turnirində bürünc medala layiq görüldü.

davamı.. >

"Grand Slam” seriyalarına 30 dekabr tarixində start veriləcək.

davamı.. >

Rəşad Əhmədov ilin ən yaxşı məşqçisi seçildi

davamı.. >

Dünya Oyunlarında taekvondo idman növü üzrə yarışlar başa çatdı.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..