Gənc taekvondoçu Bəhruz Quluzadə Avropa birinciliyin qalibi oldu.

 

02.11.2017

Xəbər verdiyimiz kimi Kipr Respublikasının Larnaka şəhərində taekvondo idman növü üzrə gənclər arasında Avropa birinciliyi keçirilir. İlk yarış günü milli yığma komandamız uğura imza atıb. Belə ki, -45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə rəqilərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bəhruz qarşılaşdığı Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10---qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Final döyüşündə rusiyalı Dmitro Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.
Qeyd edək ki, Bəhruz Quluzadə 2015-ci ildə Fransada təşkil edilən yeniyetmələr arasında Avropa birinciliyin qızıl mükafatına da sahib olmuşdur.

Nəzərinizə çatdıraq ki, sayca 21-ci olan və 2-5 noyabr tarıxlərində düzənlənən Avropa birinciliyində gənclərdən ibarət milli yığma komandamız 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə təmsil olunur. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrinin də qatıldığı yarış Larnaka şəhərinin “Kision Athletic Center” arenasında keçirilir.

YENİLİKLƏR

Milad Beigi Hərçəqani "Grand Slam” seriya turnirində bürünc medala layiq görüldü.

davamı.. >

"Grand Slam” seriyalarına 30 dekabr tarixində start veriləcək.

davamı.. >

Rəşad Əhmədov ilin ən yaxşı məşqçisi seçildi

davamı.. >

Dünya Oyunlarında taekvondo idman növü üzrə yarışlar başa çatdı.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..