"Koreya səfiri kuboku" keçiriləcək.

 

 

30.08.2017.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə gənclər arasında "Koreya səfiri kuboku" keçiriləcək. Sayca üçüncü olan bu yarış 16-17 sentyabr 2017-ci il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. Turnirə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının, 2000-2003-cü il təvəllüdlü gənc idmançıları dəvətlidir.

Xatırladaq ki, adıçəkilən turnir 2015-ci ildən keçirilir. İlk yarış Qəbələdə, növbəti yarış isə ötən il Quba şəhərində təşkil olunub.

YENİLİKLƏR

“Qəbələ Open” beynəlxalq açıq birinciliyin ilk günə olan nəticələri təqdim edirik:

davamı.. >

“Qəbələ Open” beynəlxalq açıq birinciliyi keçiriləcək.

davamı.. >

Cavad Ağayev yarımfinalda məğlub olaraq Avropa Birinciliyinin bürünc medalına sahib oldu.

davamı.. >

Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ATF-nın qonağı olub.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..