29-cu Dünya Yay Universiadasının son günündə taekvondoçularımızdan Məhəmməd Məmmədov yarışın bürünc mükafatına sahib olub.

 

 

25.08.2017

Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının son günündə taekvondoçularımızdan Məhəmməd Məmmədov (-63 kq) yarışın bürünc mükafatına sahib olub. 

İdmançımız 1/16 finalda meksikalı Edqar Porras Reyesi mübarizədən kənarlaşdırıb (21-5). Növbəti döyüşdə Məmmədov Tay Tin Vinqə (Honq Konq) böyükhesabla qalib gəlib (29-9). Taekvondoçumuz 1/4 finalda braziliyalı Venilton Torres Teyxeiranı məğlubiyyətə uğradaraq (24-12), yarımfinala yüksəlib. Burada iranlı rəqibi Mirhaşem Hosseyniyə uduzan (9-19) təmsilçimiz universiadada komandamızın aktivinə bürünc mükafat əlavə edib. 

Kişilərin 87 kq çəkisində Payam Qobadi Oğaz ilk iki rəqibi üzərində qələbə qazanıb. Əvvəlcə Migel İkaro Martins Soaresdən (Braziliya) 18-12, ardınca Lukas Vinklerdən (Almaniya) 25-2 hesabı ilə üstün olan idmançımız 1/4 finalda gərgin keçən qarşılaşma zamanı Seunqvan Liyə (Koreya Respublikası) məğlub olub (11-15). 

Olimpiya mükafatçısı Patimat Abakarova (-49 kq) ilk döyüşündə iranlı rəqibi Nahid Kiyaniçandehlə üz-üzə gəlib. Lakin qadın taekvondoçumuz 8-10 hesablı məğlubiyyətlə yarışdan erkən vidalaşmalı olub. 

Beləliklə, komandamız, universiadanın taekvondo üzrə yarışlarında 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib. 

Xatırladaq ki, yarış "G2" kateqoriyalı olduğundan I, II və III yeri tutmuş idmançılar, müvafiq olaraq 20, 12 və 7.2 reytinq xalı qazanır.
 
 
 

YENİLİKLƏR

“Qəbələ Open” beynəlxalq açıq birinciliyin ilk günə olan nəticələri təqdim edirik:

davamı.. >

“Qəbələ Open” beynəlxalq açıq birinciliyi keçiriləcək.

davamı.. >

Cavad Ağayev yarımfinalda məğlub olaraq Avropa Birinciliyinin bürünc medalına sahib oldu.

davamı.. >

Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ATF-nın qonağı olub.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..