Milad Beigi Hərçəqani 29-cu Yay Universiada Oyunların qalibi oldu.

 

23.08.2017

Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının növbəti günündə taekvondoçumuz Milad Beigi Harçeqani (-80 kq) qızıl medal qazanıb.

İdmançımız əvvəlcə Jan Miçel Fernandezi (Portuqaliya) 29-1, ardınca Rusiya Federasiyasını təmsil edən Boqdan Qreçkini 25-8 hesabı ilə məğlubiyyətə uğradıb. Onun 1/4 finalda rəqibi Hidenori Ebata (Yaponiya) olub və Harçeqani bu dəfə də görüşü üstün başa vurub (32-15). Dünya çempionumuz yarımfinalda yerli taekvondoçu Vey Tinq Liuya qalib gəlib (12-4). Həlledici döyüşdə ispaniyalı Raul Martinez Qarsiya ilə qarşılaşan təmsilçimiz 6-3 hesablı qələbə sayəsində yarışın çempionu olub.

Bugünkü mübarizədə 3 taekvondoçumuz isə medal qazana bilməyib. Kişilərin 58 kq çəkisində Əli Məmmədov ilk döyüşündə Luka Qiotti (San-Marino) üzərində qələbə əldə etsə də (24-4), tailandlı rəqibi Tavin Hanpraba uduzub (7-21).

Qadınların yarışında Fəridə Əzizova (-67 kq) 1/8 finalda iordaniyalı Culyana Əl Sadeqlə mübarizədən qalib ayrılıb (5-4). Lakin sonrakı mərhələdə Koreya Respublikasından olan rəqibi Jandi Kimlə bacarmayıb (3-4). Daha bir qadın taekvondoçumuz Safiye Polat yarışla erkən vidalaşıb. 1/16 finalda Böyük Britaniyalı Kurtni Ördlini keçən idmançımız ardından türkiyəli İpek Çidemə məğlub olub (2-9).

Qeyd edək ki, yarış "G2" kateqoriyalı olduğundan I, II və III yeri tutmuş idmançılar, müvafiq olaraq 20, 12 və 7.2 reytinq xalı qazanır.

 

YENİLİKLƏR

Milad Beigi Hərçəqani "Grand Slam” seriya turnirində bürünc medala layiq görüldü.

davamı.. >

"Grand Slam” seriyalarına 30 dekabr tarixində start veriləcək.

davamı.. >

Rəşad Əhmədov ilin ən yaxşı məşqçisi seçildi

davamı.. >

Dünya Oyunlarında taekvondo idman növü üzrə yarışlar başa çatdı.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..