Ayxan Tağızadə finala vəsiqə qazandı.

 

22.08.2017

Xəbər verdiyimiz kimi, Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvondo idman növü üzrə yarışlara start verildi. Milli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvondoçumuz mübarizə aparıb.

Millinin üzvlərindən -68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, Böyük Britaniyalı Jacob Barnettə 17:9, Xavier Perezə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb. Final uğrunda qarılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Ayxan, finalda rusiyalı taekvondoçu Boris Krasnovla döyüşdə qızıl xalla məğlub olaraq yarışı gümüş medalla başa vurdu..

Digər idmançımız Qaşım Maqomedov (-54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də Avstraliya təmsilçisi Malcom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

 

 

YENİLİKLƏR

Milad Beigi Hərçəqani "Grand Slam” seriya turnirində bürünc medala layiq görüldü.

davamı.. >

"Grand Slam” seriyalarına 30 dekabr tarixində start veriləcək.

davamı.. >

Rəşad Əhmədov ilin ən yaxşı məşqçisi seçildi

davamı.. >

Dünya Oyunlarında taekvondo idman növü üzrə yarışlar başa çatdı.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..