Milad Beigi Hərçəqani yarımfinalda

 

30.06.2017

Bu gün Cənubi Koreyada təşkil edilən dünya çempionatında bir idmançımız dayanq üzərinə çıxıb. Kişilərin mübarizəsində -80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Milad Beigi Hərçəqani artıq yarımfinala vəsiqə qazanıb. Milad qarşılaşdığı rəqibləri Nigerli Djibo Bagna Kadrı (30:9), Yapon idmançı Hidenori Ebatanı (18:7), İspaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Komandamızın liderlərindən olan M.Hərçəqani həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Cookla qarşılaşacaq.

Xatırladaq ki, dünən 29 iyun tarxındə komandamızın daha bir üzvü Məhəmməd Məmmədov yarımfinala adlamışdır. -63 kq çəki dərəcəsində yarışan Məhəmməd bu gün yarımfinalda İranlı taekvondoçu Mirhashem Hosseini ilə döyüşəcək.

 

YENİLİKLƏR

“Qəbələ Open” beynəlxalq açıq birinciliyin ilk günə olan nəticələri təqdim edirik:

davamı.. >

“Qəbələ Open” beynəlxalq açıq birinciliyi keçiriləcək.

davamı.. >

Cavad Ağayev yarımfinalda məğlub olaraq Avropa Birinciliyinin bürünc medalına sahib oldu.

davamı.. >

Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ATF-nın qonağı olub.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..