IV İslam Həmrəyliyi Oyunlarında taekvondo idman növündə yarışlara yekun vuruldu.

 

 

18.05.2017

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo idman növündə yarışlara yekun vuruldu. Yarışın son günü də komandamız üçün uğurlu oldu. Dörd idmançı ilə mübarizəyə qatılan təmsilçilərimizdən Ramin Əzizov (+87 kq) qızıl medal qazandı.

Komandamızın kapitanı ilk olaraq İordaniyalı Anas Sadekə 27:8 hesabı ilə qalib gəlib. İdmançımız yarımfinalda Sərdar Yüksəldən (TUR) üstün olub (13:5).  Qızıl medal uğrunda mübarizədə Əhməd Məhəmmədi ilə gərgin keçən döyüşdən 16:14 hesabı ilə qalib ayrılan Ramin Əzizov komandamızın aktivinə qızıl medal yazdırıb.

Məhəmməd Məmmədov (-63 kq) isə bürünc medal ilə kifayətlənməli olub. Taekvondoçumuz İbrahim Zarmanı (İNA) 9:2, Ömər Xəyyamini (MAR) 26:10 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinal mərhələsinə  adlayıb. Finala vəsiqə uğrunda qarşılaşdığı  Qazaxıstanlı  Alimjan Serikbayevə 7:8 hesabı ilə uduzub.

Komandamızın digər iki idmançısı ilk döyüşündə məğlub olub. Səid Quliyev (-74 kq) Surinamı təmsil edən Toş Van Diyk Niyaza 19:17, Darya Şkurko (-62 kq) isə Mərakeşli Sukayna Əl Auniyə 8:10 hesabı ilə məğlub olaraq yarışı erkən başa vurub.

Beləliklə, İslam Oyunlarına 12 taekvondoçu ilə qatılan milli komandamız yarışı altı qızıl, iki gümüş və bir bürünc, ümumilikdə doqquz medalla komanda hesabında ilk pillədə başa vurdu. Türkiyə ikinci, İran üçüncü, Özbəkistan millisi isə dördüncü pillədə qərarlaşıb.

Mükafatçılar sırasında yer alan taekvondoçuların siyahısını təqdim edirik:

Patimat Abakarova (-49 kq) – I yer

Yaprak Eriş (-57 kq) – I yer

Ayxan Tağızadə (-68 kq) – I yer

Milad Beigi Hərşəqani (-80 kq) – I yer

Ramin Əzizov (-87 kq) – I yer

Radik İsaev (+87 kq) – I yer

 

Qaşım Maqomedov (-54 kq) – II yer

Fəridə Əzizova (-67 kq) – II yer

Məhəmməd Məmmədov (-63 kq) – III yer

 

 

 

 

.

YENİLİKLƏR

Millimiz Qran-Pri turnirində bir bürünc medalla kifayətləndi...

davamı.. >

Qran-Pri turnirin növbəti mərhələsi Rabat şəhərində keçiriləcək.

davamı.. >

Bu gün “Koreya səfiri kuboku" na yekun vuruldu.

davamı.. >

"Koreya səfiri kuboku" yarışın ilk günün qalibləri bəlli oldu.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..