Azərbaycan Taekvondo Federasiyasının prezidenti mill komandanı təbrik etdi

 

 

17.05.2017

Xəbər verdiyimiz kimi, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir. Artıq iki yarış günü başa çatıb. Bildiyiniz kimi, bu yarışlarda milli komandamız 12 taekvondoçu ilə təmsil olunur və ötən günlərin nəticəsinə görə komandamızın üzvləri yeddi medala sahib olub.

Yarışlar başlanan gündən taekvondoçuların çıxışlarını izləmək üçün Bakı İdman Sarayına tərşif buyuran Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov mill komandamız ilə görüşüb. Hər zaman idmançılara diqqət və qayğı göstərən cənab nazir milli komandamızın məşqçiləri və idmançıları ilə səmimi söhbət edərək komandanın son iki gün ərzində qazandıqları uğura görə təbrik edib. Hər zaman onlara dəstək olduğunu bildirərək növbəti yarışlarda da komandamıza bol şanslar arzulayıb.

Federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, o cümlədən məşqçilər və idmançılar əldə olunan nailiyyətlərin idmana göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayaraq təşəkkürlərini bildiriblər.

Görüşün sonunda xatirə şəkli çəkdirildi.

 

YENİLİKLƏR

“Qəbələ Open” beynəlxalq açıq birinciliyin ilk günə olan nəticələri təqdim edirik:

davamı.. >

“Qəbələ Open” beynəlxalq açıq birinciliyi keçiriləcək.

davamı.. >

Cavad Ağayev yarımfinalda məğlub olaraq Avropa Birinciliyinin bürünc medalına sahib oldu.

davamı.. >

Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ATF-nın qonağı olub.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..