İslamiada da yarışın ikinci günü beş medal

 

 

17.05.2017

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir. Yarışın birinci günü aktivinə bir qızıl və bir gümüş medal əlavə edən milli komandamızın üzvləri uğrurlu çıxışlarını yarışın ikinci günü də davam etdirib.

İkinci yarış günündə komandamızın beş üzvü mübarizəyə qoşularaq  mükafatçılar sırasında yer alıb. Kişi taekvondoçularımızdan Ayxan Tağızadə (-68 kq) Əgqanıstanlı Rohullah Nikpanı 28:14, yarımfinalda isə Səudiyyə Ərəbistanı təmsilçisi Səud Al Muvalladı 18:9 hesabı ilə məğlub edib. Həlledici döyüşdə İranlı Seyedhossein Ehsanipetroudi üzərində 9:8 hesabı ilə qələbə qazanaraq qızıl medal qazanıb.

Milad Beigi Hərçəqani (-80 kq) ilk görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi Maced Almabruka 21:2 hesabı ilə qalib gəlib. Finala vəsiqə uğrunda döyüşdə isə Əlireza Dərvişpuru (İRİ) 24:4 hesabı ilə məğlubiyyətə uğradıb. Finalda Türkiyəli Yunus Sarını 9:5 hesabı ilə məğlub edərək çempion adını qazanıb. 

Olimpiya çempionumuz Radik İsaev (+87 kq) ilk döyüşündə Pakistanlı Şah Adil üzərində  34-8 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda Həmzə Kattanla (İOR) qarşılaşma baş tutmayıb. Belə ki, rəqib zədəli olduğuna görə döyüşdən imtina edib. Bu isə İsaevin birbaşa finala adlaması ilə nəticələnib. Qızıl medal uğrunda  Ozbək taekvondoçu Dmitri Şokinlə gərgin keçən mübrizədən həmyerlimiz qalib ayrılıb. Əsas vaxtın 8-8 hesabı ilə bitməsinə baxmayaraq Radik qızıl xalla rəqibini üstələyib.

Qadınların yarışlarında Patimat Abakarova da (-49 kq) qızıl medala sahib olub. Abakarova qarılaşdığı Layan Caberi 19-7, yarımfinalda iranlı Şalmei Sudabe Poursadiqini 15:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə Qazaxıstanlı Aynur Yesbergenovaya 14:4 hesabı ilə qalib gələn Patimat fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər qadın taekvondoçumuz Fəridə Əzizova (-67 kq) finalda Türkiyəli Nur Tatara 2:8 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Əzizova ilk olaraq  Parisa Cavadikouçaksaraelı (İRİ) 10:4 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib. Yarımfinalda isə Özbəkistanlı Niqora Tursunkulovanı 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, iki yarış günün nəticəsinə görə milli komandamız aktivinə beş qızıl və iki gümüş medal əlavə edib.

Taekvondo idman növü üzrə yarışların son gün daha dörd idmançımız dayanq üzərinə çıxacaq. Kişilərin yarışmasında Məhəmməd Məmmədov (-63 kq), Səid Quliyev (-74 kq), Ramin Əzizov (-87 kq), qadınlar arasında isə Darya Şkurko (-62 kq) mübarizəyə qoşulacaq.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Medalların təltifetmə mərasimində Milad Beigi Hərçəqani və Radik İsaevə qızıl medalı Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

 

YENİLİKLƏR

Yeniyetmə idmançılarımız Bolqarıstana yollandı

davamı.. >

Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti

davamı.. >

Tovuz rayonu daha bir yarşa ev sahibliyi etdi.

davamı.. >

Milad Beigi Hərçəqani mundialın finalında

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..