Milad Beigi Hərçəqani “DTF Prezident Kuboku” beynəlxaq yarışın qalibi oldu

 

28.04.2017.

Yunanıstanda keçirilən “DTF Prezident Kuboku” beynəlxaq yarış davam edir. Turnirin ilk günü bir bürünc medal qazanan millimizin üzvləri ikinci gün daha uğurlu nəticə əldə ediblər. Böyüklərdən ibarət yığma komandamızın liderlərindən olan, Avropa çempionu, I Avropa Oyunlarının qalibi və “Rio-2016” Yay Olimpiya Ounlarının bürünc mükafatçısı Milad Beigi Hərçəqani (-80 kq) yenə də rəqiblərinə şans vermədi. Belə ki, M.Hərşəqani qarşılaşdığı Demir Burak (TUR) 26-5, Uladzislau Saulukov (BLR) 18-6, Apostolos Telikostoslovu (YUN) 17-8, John Asp (NOR) məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici döyüşdə isə Türkiyə təmsilçisi Yunis Sarı ilə qarşılaşan idmançımız rəqibə 10-1 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Qadın taekvondoçumuz Fəridə Əzizova isə Mollie Schofieldi (GBR) 12-0, Yuliya Miyutsi (RUS) və Dunja Lemajicə (SLO) 10-1 hesabı ilə qalib gələrək yarmfinal mərhələsinə adlamışdır. Lakin yarlmfinal rəqibi İsveçli Elin Yohannson keçilməz olub. Əzizova rəqibinə 3-7 hesabı ilə məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Gənclər arasında mübarizədə Cavad Ağayev fəqrlənib. -63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan millinin üzvü Loannis Voukakisı (YUN) 16-4, Peter Gardeni (DAN) 16-3, Yeqor Liakı (RUS) 9-4 və Zhantemir Akhmetova (RUS) qalib gəlsə də yarımfinalda məğlubiyyətlə üzləşib. Belə ki, Slovakiyalı Filip Svec gərgin keçən döyüşdən 21-25 hesabı ilə qalıb ayrılıb. 

Xatırladaq ki, yarışın ilk günü qadın taekvondoçumuz Yaprak Eriş (-57 kq) bürünc medala layiq görülmüşdür. İki günün nəticəsinə görə idmançılarımız I qızıl və ııı bürünc medala sahib olublar. 

Bir daha qeyd edək ki, bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa 30 aprel tarixində yekun vurulacaq.

   

 

YENİLİKLƏR

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

davamı.. >

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo idman növündə yarışlara yekun vuruldu.

davamı.. >

Bu gün taekvondo idman növü üzrə yarışların son günüdür.

davamı.. >

İslamiada da yarışın ikinci günü beş medal

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..