Milli komandalarımız “Dutch Open” beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünc, ümumilikdə 10 medalla başa vurdu.

 

12.03.2017

Hollandiyanın Eindhoven şəhərində keçirilən “Dutch Open” beynəlxalq turnirinə yekun vuruldu. G1 kateqoriyalı yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb.

981 gənc və böyüklər arasında keçirilən Hollandiya açıq birinciliyində -45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan gənc taekvondoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (-54 kq), Məhəmməd Məmmədov (-63 kq) və Radik İsaev (+87 kq) qarşılaşdığı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Qadın taekvondoçumuz Darya Şkurko (-62 kq) finala yüksəlsə də həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Xatırladaq ki, yarışın ilk günü  böyüklər arasında mübarizədə Ramin Əzizov (-87 kq) və Fəridə Əzizova (-67 kq) qızıl, Ayxan Tağızadə (-68 kq) bürünc medal, gənclərdən isə Ayaz Qənbərli (-51 kq) gümüş, Cavad Ağayev (-63 kq) isə bürünc medala sahib olmuşdur.

Beləliklə, milli komandalarımız İki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünc, ümumilikdə 10 medalla başa vurdu.

YENİLİKLƏR

Yeniyetmə idmançılarımız Bolqarıstana yollandı

davamı.. >

Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti

davamı.. >

Tovuz rayonu daha bir yarşa ev sahibliyi etdi.

davamı.. >

Milad Beigi Hərçəqani mundialın finalında

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..