AZƏRBAYCAN TAEKVONDO FEDERASİYASI - “2016-CI İLİN ƏN YAXŞI MİLLİ

 

11.12.2016

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb. Mükafatı K.Heydərova DTF-in prezidenti Çunqvon Ço təqdim edib.

Ç. Ço Azərbaycanı cari ildə qazandığı uğurlar münasibətilə təbrik edib. O, Rio Yay Olimpiya Oyunlarında azərbaycanlı taekvondoçuların qazandığı 1 qızıl və 2 bürünc medalı yüksək nəticə kimi qiymətləndirib.

K.Heydərov öz növbəsində Qran-pri yarışının final mərhələsini və Komandalarası Dünya Çempionatını Azərbaycana həvalə etdikləri üçün Dünya Taekvondo Federasiyasına və onun rəhbəri Doktor Çoya öz təşəkkürümü bildirib. Federasiya prezidenti bunu Azərbaycana verilən yüksək dəyər kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov “Odlu yurdu” kimi tanınan Azərbaycanın, dünyada “idman ölkəsi” məşhur olduğunu vurğulayıb.

Daha sonar müxtəlif nominasiyalar üzrə ilin qalibləri müəyyənləşib.

Azərbaycan Taekvondo Federasiyası “2016-cı ilin ən yaxşı milli federasiyası” seçilib. Bu seçim Dünya Taekvondo Federasiyasının (DTF) səsverməsinə əsasən götürülüb. Mükafat təşkilatın prezidenti Çunqvon Ço tərəfindən Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova təqdim olunub.

“İlin ən yaxşı kişi məşqçisi” nominasiyasında Azərbaycanın Kişilərdən ibarət milli komandasının baş məşqçisi Reza Mehmandoust Soumaehsaraei qalib gəlib. Mükafatı məşqçiyə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

Həmçinin, “ən yaxşı kişi idmançı” üçün nəzərdə tutulan mükafat Rio Yay Olimpiya Oyunlarının qalibi iordaniyalı Əhməd Abuqaşa, “ən yaxşı qadın idmançı” iki qat olimpiya çempionu, britaniyalı Ceyd Consa təqdim olunub. “Ən yaxşı kişi hakim” kimi Sonq-çul Kimə (Kanada), “ən yaxşı qadın hakim” kimi Mariya Merkuri (Gürcüstan) fərqlənib. “Ən yaxşı zərbə” adlı mükafat Fil Dişi Sahilinin təmsilçisi Çeyx Salleh Junior Sisseye verilib.

 

 

YENİLİKLƏR

“Qəbələ Open” beynəlxalq açıq birinciliyin ilk günə olan nəticələri təqdim edirik:

davamı.. >

“Qəbələ Open” beynəlxalq açıq birinciliyi keçiriləcək.

davamı.. >

Cavad Ağayev yarımfinalda məğlub olaraq Avropa Birinciliyinin bürünc medalına sahib oldu.

davamı.. >

Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ATF-nın qonağı olub.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..