Radik İsaev XXXI Yay Olimpiya Oyunlarında ilk qızıl medal qazanaraq tarix yazdı

 

21.08.2016

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vuruldu.Dayanq üzərinə son olaraq dünya və avropa çempionumuz Radik İsayev çıxdı.

+80 kq çəki dərəcəsində mübarizə aparan Dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. Mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Rəqibindən üstün olan R.İsayev ilk raundda xal qazana bilməsə də, növbəti raundlarda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.

1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə qarşılaşmalı olub.Pekin Olimpiadasının qalibi ilə döyüş olduqca gərgin keçib. Qarşılaşma boyunca hesabda geri olan Radik sona bir neçə saniyə qalmış fəallaşaraq vəziyyəti xeyrinə dəyişə bilib. Rəqibin başına endirdiyi effektli zərbə ilə aradakı fərqi artıran idmançımız yekunda 12:8 hesabı ilə inamlı qələbə qazanıb.

Yarımfinalda idmançımız Böyük Britaniya təmsilçisi Mahama Ço ilə mübarizə aparıb. Hər zaman olduğu kimi təmkinlə döyüşən idmançımız nəticəni son raundda həll edib. 0:1 geri düşdüyü görüşü 4:1 hesablı qələbə ilə başa vurub və finala adlayıb.

Həlledici görüşdə Dünya və Avropa çempionumuzun rəqibi niger idmançısı Abdulrazzak İssufu olub.İlk raund hesab açılmasa da növbəti iki randu xal hesabında irəlidə bitirən həmyerlimiz XXXI Yay Olimpiya Oyunlarında ilk qızılı medal qazanaraq tarix yazdı.

Xatırladaq ki, 4 idmaçı ilə təmsil olunan komandamızın digər üzvləri Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.

 

Azərbaycan taekvondosu bu Olimpiadada bir çox ilklərə imza atdı:

1. Tarixi boyunca ilk dəfə tam heyətlə lisenziya qazanaraq iştirak etdi.

2. Tarixi boyunca qadınlar arasında ilk Olimpiya medalını qazandı - Patimat Abakarova (bürünc)
3. Tarixi boyunca kişilər arasında ilk Olimpiya medalını qazandı - Milad Hərçəqani (bürünc)
4. Tarixi boyunca ilk OLİMPİYA QIZILINI qazandı - Radik İSAEV
5. Bu Olimpiadada ilk qızıl medalı məhz biz, taekvondoçular qazandırdıq Azərbaycana.
6. Azərbaycan üçün nəticə vermiş federasiyalar arasında ən yüksək keyfiyyət əmsalını biz verdik. 4 idmançıdan 3-ü medal qazandı (75 %), biri qızıl medal olmaqla.

YENİLİKLƏR

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

davamı.. >

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo idman növündə yarışlara yekun vuruldu.

davamı.. >

Bu gün taekvondo idman növü üzrə yarışların son günüdür.

davamı.. >

İslamiada da yarışın ikinci günü beş medal

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..