Milad Beigi Hərçəqani Yay Olimpiya Oyunlarının bürünc medalına layiq görüldü

 

20.08.2016

“Rio-2016 Yay Olimpiya Oyunları”nda taekvondo yarışların üçüncü günü  daha iki idmançımız mübarizəyə qatılıb. -80 kq çəki dərəcəsində Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Avropa Oyunlarının qızıl medalçısının ilk rəqibi malili İsmael Koulibali olub. M. Harçeqaninin dünya çempionatının finalçısı ilə döyüşü qələbə ilə başa vurub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib. Miladi 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz  son dünya çempionatının qalibini 17:5 hesablı qələbə ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Millimizin üzvü finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Gərgin  keçən döyüş təmislçimizin məğlubiyyəti ilə yekunlaşıb - 12:7.

Son Avropa çempionu Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirib. Onun rəqibi polşalı Pyotr Pazinski olub. Döyüşə fəal başlayan Milad başdan sona üstün olduğu görüşü vaxt başa çatmamış 12:0 hesablı təmiz qələbə ilə bitirərək bürünc medal qazanıb.

Qadın taekvondoçulardan isə -67 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Fəridə Əzizovanın da ilk döyüşü 1/8 finala təsadüf edib. Dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş mükafatçısı, Peyc Makfersonla (ABŞ) gücünü yoxlayıb.Dünya çempionatının və London Olimpiadasının 3-cüsü ilə qarşılaşma gərgin alınıb. Döyüşdə ilk xalı Fəridə alsa da, ardınca geri düşüb - 1:4. Lakin müəyyən taktiki gedişlərdən sonar F.Əzizova nəinki bu fərqi aradan qaldırıb, hətta 6:5 hesabı ilə qələbə qazanıb.

Taekvondoçumuz 1/4 finalda Özəbikstanlı Niqora Tursunqulova  ilə qarşılaşıb. Döyüşə rəqib fəal başlayıb və hətta ilk xalı da rəqib idmançı qazanıb. Döyüşün gedişatında dönüş yaradan Fəridə Əzizova möhtəşəm geridönüş edərək 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.Yarımfinalda Hyeri Ohla qarşılaşmalı olan həmyerlimiz  final arzusunu reallaşdıra bilməyib. Döyüş rəqibin xeyrinə yekunlaşıb - 5:6.

Bürünc medal uğrunda çıxışını davam etdirən Fəridənin  Fil Dişi Sahilindən olan Kristel Qbaqbi olub. Lakin xanım idmançımız bu mübarizədə də məğlub olaraq Olimpiadanı medalsız başa vurub.

Qeyd edək ki, yarışın ilk günü Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. O, yarışı bürünc medalla başa vurub. Yığmamızın digər üzvü Radik İsayev (+80 kq) isə bu gün mübarizəyə qoşulacaq.

 

YENİLİKLƏR

Yeniyetmə idmançılarımız Bolqarıstana yollandı

davamı.. >

Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti

davamı.. >

Tovuz rayonu daha bir yarşa ev sahibliyi etdi.

davamı.. >

Milad Beigi Hərçəqani mundialın finalında

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..