Patimat Abakarova XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.

 

18.08.2016

Bildiyiniz kimi, bu gün «Rio 2016 Yay Olimpiya Oyunları»nda taekvondo idman növü üzrə yarışlara start verildi.Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunan komandamızın qadın üzvü,-49 çk çəki dərəcəsində mübarizəyə qatılan Patimat Abakarova ilk döyüşündə Serbiyalı Tiyana Boqdanoviçə 2-3 hesabı ilə məğlub olsa da, serbiyalı idmançının finala qədər irəliləməsi, Patimatın bürünc medal qazanmaq üçün yolunu açdı.

Belə ki,Abakarova təsəlliverici döyüşdə ilk rəqibi ikiqat dünya və ikiqat olimpiya çempionu,Çin təmsilçisi Jinqyu Wu ilə görüşməli oldu.Qarşılaşmadan 4-3 hesabı ilə qalib ayrılan həmyerlimiz bürünc medal uğrunda Fransalı idmançı,dünya üçncüsü olan Yasmina Aziezə də şans verməyərək (7-2) XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatına layiq görüldü.Nəzərinizə çatdıraq ki, Patimat Abakarova Azərbaycan taekvondo tarixində medal qazanmaqla ilkə imza atdı.

Avqustun 19-da isə dayanq üzərinə iki taekvondoçumuz çıxacaq.Avropa Oyunlarının qalibi və Avropa çempionu Milad Beiqi Harçeqani (-80 kq) malili İsmael Koulibaliyə rəqib olub. Son 2 dünya çempionatının finalçısı olan afrikalı ilə döyüş saat 17:15-də start götürəcək.

Digər təmsilçimiz Fəridə Əzizova (-67 kq) isə ilk cəhdində amerikalı Payqe Makferson üz-üzə gələcək. London-2012-nin və dünya çempionatının gümüş medalçısı ilə görüş saat 18:30-da olacaq.

YENİLİKLƏR

“Qəbələ Open” beynəlxalq açıq birinciliyin ilk günə olan nəticələri təqdim edirik:

davamı.. >

“Qəbələ Open” beynəlxalq açıq birinciliyi keçiriləcək.

davamı.. >

Cavad Ağayev yarımfinalda məğlub olaraq Avropa Birinciliyinin bürünc medalına sahib oldu.

davamı.. >

Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ATF-nın qonağı olub.

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..