Tallin şəhərində klublararası Avropa çempionatı keçiriləcək.

21.08.2022

22-avqustda startı veriləcək turnir beş gün davam edəcək.
Yarışa qatılacaq 10 idmançı artıq Tallin şəhərindədir. Belə ki, "Ümid" taekvondo klubunun baş məşqçisi İlkin Şahbazov, yetirmələrindən Sabir Məmmədov (27 kq), Rasim Qarayev (27 kq), Kənan Balayev (30 kq) və Coşqun Məmmədzadə (33 kq), "Alov" taekvondo klubunun baş məşqçisi Asim Xudiyev, İsa Hüseynli (40 kq) və Əli Hüseynliyə (44 kq), "Gədəbəy" idman klubunun baş məşqçisi Beyrək Bağırov, yetirməsi Süleyman Həsənova (44 kq), Ağcabədi OİK-in baş məşqçisi Tapdıq Əkbərov isə Elçin Həsənova (48 kq) şans verəcək. "Fortis" taekvondo klubundan Mehman Qəmbərov (27 kq), "Kristal-Abşeron" taekvondo klubundan isə Ülvi Məmmədov (30 kq) da medallar uğrunda mübarizə aparacaq.
Beynəlxalq dərəcəli referilər Elşad Məmmədov və Aygül Abdullayeva yarışda ölkəmizi təmsil edəcəkdir.