İslam Oyunlarında ikinci gümüş medal Minayə Əkbərovadan gəldi

11.08.2022

V İslam Oyunlarında taekvondo yarışlarında ikinci gümüş medal Minayə Əkbərovadan (46 kq) gəldi
M. Əkbərova Alia Besanı (İordaniya), Zukhrakon Tojimatova (Özbəkistan) qalib gəlib finala vəsiqəni təmin edib. Həlledici qarşlaşmada mərakeşli Sahib Soukainaya isə məğlub olaraq yarışın gümüş medalına layiq görüldü.
Beləliklə, 3 gündən sonra Azərbaycan millisinin hesabındakı medalların sayı 5-ə (1-2-2) çatıb. Belə ki, ötən yarış günləri Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (49 kq) isə bürünc mükafata yiyələnib.