WTF

 

Taekvondo üzrə yarış və tədbirləri idarə edən Ümumdünya Taekvondo Federasiyası (WTF) 28 may 1973-cü ildə təsis edilib. Təşkilatın mənzil qərərgahı Koreya Respublikasının Seul şəhərində yerləşir. WTF-in prezidenti, doktor Çunqvon Ço (Koreya Respublikası) 12 aprel 2005-ci ildən bu günədək vəzifəsini icra edir. Təşkilatın 6 vitse-prezidenti var. Onlar, Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti cənab Kəmaləddin Heydərov, cənab Filip Valter Kols (Avstraliya), cənab İvan Dibos (Peru), cənab Ahmed Fouli (Misir), cənab Dai Sun Lee (Koreya Respublikası) və cənab Sun Ci Parkdır (İtaliya). WTF-in baş katibi isə cənab Jan-Mari Ayerdir (İsveçrə).

24 iyun 2012-ci ilə olan məlumata əsasən WTF-in 5 Regional birliyi və bu birliyin tərkibində 204 ölkə-üzvü var. Onlardan 43-ü Asiya Taekvondo Birliyinə (ATU), 49 ölkə Avropa Taekvondo Birliyinə (ETU), 44-ü Panamerika Taekvondo Birliyinə (PATU), 49-u Afrika Taekvondo Birliyinə (AFTU), 19 dövlət isə Okeaniya Taekvondo Birliyinə (OTU) daxildir. 

WTF Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən 17 iyul 1980-ci ildə İOC-un Moskvada keçirilən 83-cü sessiyasında tanınıb. Bundan başqa 8 oktyabr 1975-ci ildən Beynəlxalq İdman Federasiyaları Baş Assosiasiyası (GAİSF) tabe olan WTF, Olimpiya növləri üzrə Beynəlxalq Federasiyalar Assosiasiyasının (ASOİF) da üzvüdür. 1988-ci il Seul və 1992-ci il Barselona Olimpiya oyunlarında nümayiş idman növü kimi təqdim olunan taekvondo, Olimpiadaların rəsmi proqramına İOC-un 4 sentyabr 1994-cü ildə Parisdə keçirilən 103-cü sessiyasında verilən qərarla 2004-cü il Sidney Olimpiadasında daxil edilib.

YENİLİKLƏR

Yeniyetmə idmançılarımız Bolqarıstana yollandı

davamı.. >

Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti

davamı.. >

Tovuz rayonu daha bir yarşa ev sahibliyi etdi.

davamı.. >

Milad Beigi Hərçəqani mundialın finalında

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..